Sovet-İran sərhədlərinin ilk söküntüsü Şərur rayonunun Şahtaxtı kəndində (indi Şahtaxtı Kəngərli rayonuna daxildir) gerçəkləşib. Bu fotolar 31 dekabr 1989-cu ildə baş verən ilk söküntülər ərəfəsində çəkilib.
Sovet-İran sərhədləri ilk dəfə Şahtaxtıda söküldü

1
Şərur rayon özünümüdafiə batalyonunun rəhbəri Şahmərdan Cəfərov (sağda) aksiyaçıları atəş açacaqları ilə hədələyən sovet əsgərləri ilə danışıqlar aparır.

2
Aksiyaçıların hər an sərhədləri sökə biləcəyindən ehtiyat edən Sovet əsgərləri onlarla üzbəüz tankın üzərində keşik çəkirlər.

3
Aksiyaya qatılanlar yasaq sərhəd zolağında xatirə fotosu çəkdirirlər. Zolağın o tayında – Araz çayı sahilində sərhədçilərə kömək üçün göndərilən sovet əsgərləri çadır qurub keşik çəkirlər.

4
Aksiyaçıların sərhəd boyunca keşik postları qurduğunu görən sovet əsgərləri öz mövqelərini bərkidirlər.